Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2024 , 10:28

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Şəmkir bələdiyyələri torpaq satışının həcmini 30 faizədək artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Şəmkir rayonunda formalaşan 42 bələdiyyənin büdcə gəliri 1.353.100 manat olub. Bu 2022-ci llə müqayisədə 52.6 faiz artıq deməkdir. 2 022-ci ldə  isə 42 bələdiyyənin 885.400 manat büdcə gəlirli olmuşdur. Belliklə dotasiyasız Şəmkir bələdiyyələrinin büdcə gəliri 985.300 manat olub

Əldə edilən gəlirin 21.2 faizi vergilərdən, 78.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 8.1 faizi torpaq, 13.1 faizi əmlak vergisindən daxil olub. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisnin həcmi isə 200 manat olub.

Şəmkir bələdiyyələrinin büdcə gəlirinin 49 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Şəmkir bələdiyyələri ötən il 362.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 28.8 faiz çox deməkdir. 2022-ci ildə bu rəqəm 281.200 manat olmuşdu.  

İl ərzində Şəmkir bələdiyyələrinə 353.800 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə 1000 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 31.900 manat, avtodayanacaqlardan 200 manat  maliyyə vəsait daxil olub.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər